Paytaxt klubunda yeni futbolçu

“Roma” “Lans”dan yarımmüdafiəçi Neyl Əl-Aynauinin transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Əl-Aynaui “Roma”da 8 nömrəli forma ilə çıxış edəcək.

Əl-Aynaui futbol karyerasına “Nansi”nin akademiyasında başlayıb. 2021-ci ildə əsas komandada debüt edən yarımmüdafiəçi 2023-cü ildə “Lans”a keçib. O, indiyə qədər müxtəlif turnirlərdə 130 oyunda 17 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button