
Paytaxt klubunda ciddi itki
“Tottenhem”in futbolçusu Dominik Solanke bir müddət yaşıl meydanlardan uzaqda qalacaq.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Frank danışıb.
O, 28 yaşlı hücumçunun topuq biləyindən əməliyyata ehtiyacı olduğunu açıqlayıb.
Solanke “Tottenhem”ə 2024-cü ilin yayında “Bornmut”dan keçib. Ötən mövsüm o, 45 oyuna çıxıb, 16 qol vurub. Bu mövsüm isə ingiltərəli futbolçu 3 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



