Paytaxt klubunda ciddi itki

“Tottenhem” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Rodriqo Bentankur uzun müddətə sıradan çıxıb.

Uruqvay yığmasının da üzvü olan 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan “Lester Siti” ilə səfər oyununda dizindən zədə alıb.

Artıq tibbi müayinələrdən keçən futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir. Həkimlərin ilkin rəyinə görə, futbolçu bu mövsüm bir daha meydana çıxmaya bilər.

Xatırladaq, Bentankur “Lester Siti” ilə oyunun 14-cü dəqiqəsində vurduğu qolla hesabı açmış, lakin ağır zədəyə görə matçın 65-ci dəqiqəsində əvəzlənmişdi. Onun komandası isə bu oyunda 1:4 hesablı məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button