Paytaxt klubunda ciddi itki
İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin yarımmüdafiəçisi Amadu Diavara uzun müddətə sıradan çıxıb.
O, İtaliya kuboku çərçivəsində “Yuventus”a qarşı keçirilən oyunda aldığı zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olmuşdu. Ətraflı müayinədən sonra 22 yaşlı futbolçunun sol dizindən aldığı zədənin ciddi olduğu müəyynləşib. Onun əməliyyat olunması lazımdı. Bu zaman yarımmüdafiəçi 10-12 həftə yaşıl meydanlardan kənarda qalmalıdı. Amma futbolçu 3-4 həftəlik müalicə ilə yenidən komandasına kömək etməyə qərar verib.
Diavara bu mövsüm “Roma”da 19 oyuna çıxıb, 1417 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin