
Paytaxt klubunda 3 həftəlik itki
“Roma” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Dieqo Perotti zədələnib.
O, komandasının “Kalyari”yə qarşı keçirdiyi yoxlama oyununda (2:2) sıradan çıxıb.
Artıq ətraflı həkim müayinəsindən keçən təcrübəli futbolçunun azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Perotti 2016-cı ildən “Roma”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin