“Paxtakor” Azərbaycan komandaları ilə eyni turnirdə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “QOL U-15 ” beynəlxalq turniri keçiriləcək.

Komanda.az xəbər verir ki, turnirdə “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Səbail”, “Qarabağ” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın “Paxtakor” komandaları iştirak edəcək.

İyulun 7-də start götürəcək turnirə 15-də yekun vurulacaq. Oyunlar “ASK Arena”da və “ASCO Arena”da təşkil olunacaq.

İlk turun təqvimi:

7 iyul

Neftçi – Zirə
Saat: 09:30. ASK Arena
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə

Paxtakor – Sumqayıt
Saat: 16:30. ASK Arena
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Orxan İbişov

İlbirs – Səbail
Saat: 17:00. ASCO Arena
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Rəhman Aslanov

Sabah – Qarabağ
Saat: 20:30. ASCO Arena
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Rasim Axundov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button