Harri Keyn komanda yoldaşını təriflədi
“Bayern”in hücumçusu Harri Keyn komandanın yarımmüdafiəçisi Aleksandr Pavloviçin çıxışından danışıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ingilis futbolçu komanda yoldaşını tərifləyib:
“O, keçən mövsüm əla idi, lakin yeni sistemdə bunu daha yaxşı davam etdirə bilir. Onun daha yaxşı versiyasını görürsən. Pavloviç nə qədər çox oynayırsa, bir o qədər təcrübəli olur. O, getdikcə daha da yaxşılaşır”.
Pavloviç Almaniya Bundesliqasının bu mövsümündə 3 oyun keçirib və qol vurmayıb.
20 yaşlı yarımmüdafiəçi 2023/24 mövsümündə keçmiş baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında əsas komandaya düşüb və bunun sayəsində AÇ-2024 üçün Almaniya millisinə dəvət alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin