Pavel Paşayev zədələndi, komandası xal itirdi
Futbol üzrə Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Lakin matçın əvvəlindəcə zədələnən millimizin üzvü 10-cu dəqiqədə əvəzlənməli olub.
“Aleksandriya” geridə qalan turlarda topladığı 38 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin