
Pavel Paşayev oynadı, komandası qələbə qazandı
Futbol üzrə Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Ukrayna təmsilçisi Almaniyanın “Duysburq” komandası ilə qarşılaşıb. Oyun “Aleksandriya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana daxil olub və fasilədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin