Pavel Hapal: “Qələbə qazanmaq istəyirik”

Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında birbaşa jurnalistlərin suallarını cavablandırıb:

  • İordaniya ilə yoxlama oyununda sonra bəzi oyunçularda fiziki problem vardı. Sabahkı oyuna komanda hazırdırmı?
  • Təəssüf ki, Miroslav Stox sabahkı oyun üçün hazır deyil. Onu özümüzlə gətirmədik. Başqa bütün heyət oyuna hazırdı.
  • Müdafiəçi Pekarik açıqlamasında Azərbaycanın asan rəqib olduğunu deyib. Sizin bu fikirə münasibətiniz necədi?
  • Biz bütün rəqiblərə hörmət edirik. Azərbaycan millisini də, azarkeşlərini də görmüşük. Milli Xorvatiyaya qarşı oynamışdı. İstənilən halda sabah qələbə qazanmaq istəyirik.
  • Sabahkı heyətdə bizi süprizlər gözləyirmi?
  • Heyəti açıqlamayacam, ancaq maraqlı dəyişikliklər ola bilər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button