Pavel Hapal: “Qələbə qazanmaq istəyirik”
Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında birbaşa jurnalistlərin suallarını cavablandırıb:
- İordaniya ilə yoxlama oyununda sonra bəzi oyunçularda fiziki problem vardı. Sabahkı oyuna komanda hazırdırmı?
- Təəssüf ki, Miroslav Stox sabahkı oyun üçün hazır deyil. Onu özümüzlə gətirmədik. Başqa bütün heyət oyuna hazırdı.
- Müdafiəçi Pekarik açıqlamasında Azərbaycanın asan rəqib olduğunu deyib. Sizin bu fikirə münasibətiniz necədi?
- Biz bütün rəqiblərə hörmət edirik. Azərbaycan millisini də, azarkeşlərini də görmüşük. Milli Xorvatiyaya qarşı oynamışdı. İstənilən halda sabah qələbə qazanmaq istəyirik.
- Sabahkı heyətdə bizi süprizlər gözləyirmi?
- Heyəti açıqlamayacam, ancaq maraqlı dəyişikliklər ola bilər.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin