Pavar üçün 4 klub yarışır

“İnter”in müdafiəçisi Benjamin Pavar bir neçə klubun transfer hədəfindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunu “Barselona” ilə yanaşı, Səudiyyə Ərəbistanının “Neom” klubu, “Qalatasaray” və Fransa “Lion”u heyətində görmək istəyir.

29 yaşlı oyunçu hələ ki, gələcəyi ilə bağlı yekun qərarını verməyib. “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, onun bazar dəyəri 25 milyon avrodur.

Pavar “İnter”ə 2023-cü ilin yayında “Bayern”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button