
“İnter”in zədəli futbolçusu “Barselona” ilə oyuna hazır olacaq
“İnter”in müdafiəçisi Benjamin Pavar tezliklə meydana qayıdacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Simone İnzaqinin köməkçisi Massimiliano Farris futbolçunun Çempionlar Liqasının yarımfinalının mayın 6-da baş tutacaq qarşıdakı cavab oyununda meydana çıxmağa hazır olduğunu bildirib:
“Pavar bizə çərşənbə axşamı “Barselona”ya qarşı oynamağa hazır olduğunu söylədi. Biz vəziyyəti yaxından izləyəcəyik və matç başlamazdan əvvəl qərar verəcəyik”.
Fransalı müdafiəçi A Seriyasının “Atalanta” ilə (2:1) matçında zədələnib. O, “Verona” (1:0) və “Barselona” (3:3) ilə son iki matçı buraxıb.
“İnter”lə “Barselona” arasında cavab oyunu “San Siro”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



