“İnter”in müdafiəçisi Fransa klubuna keçib

“İnter”in müdafiəçisi Benjamin Pavar Fransa çempionatına qayıdıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Marsel”lə icarə əsasında anlaşma imzalayıb.

Müqaviləyə görə, klub fransalı oyunçunu 15 milyon avroya birdəfəlik transfer edə biləcək. Bir mövsümlük icarə isə “Marsel”ə 2,5 milyon avroya başa gəlib.

Pavar ötən mövsüm A Seriyasında 23 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “İnter”lə İtaliya çempionatında gümüş medal qazanıb və UEFA Çempionlar Liqasının finalına qədər irəliləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button