Patonun yeni klubu məlum oldu
Çinin “Tyantzin Tyantsyan” klubundan ayrılan braziliyalı futbolçu Aleşandro Patonun yeni iş yeri məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu vətəninə geri qayıdıb. Pato Braziliyanın “San-Paulu” klubuna keçməyə yaxındır. O, 2014/15 mövsümündə də “San-Paulu”nun formasını geyinib.
Karyerası ərzində “Milan”, “Korintians”, “Çelsi”, “Vilyarreal” kimi klublarda forma geyinən Pato, 2017-ci ilin yanvarından “Tyantzin Tyantsyan” klubunda çıxış edirdi. O, bir neçə gün əvvəl Çin təmsilçisiylə olan müqaviləsini ləğv edib.
Pato 27 dəfə də Braziliya millisində forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin