
Paşayevli “Aleksandriya” səfərdən 1 xalla döndü
Futbol üzrə Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 52-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Aleksandriya” 12 turdan sonra 16 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin