
Paşayevli “Aleksandriya” Avroliqa şansını itirdi
Ukrayna Premyer Liqasında Avropa Liqasına sonuncu vəsiqə uğrunda pley-off qarşılaşmaları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” pley-offun yarımfinal mərhələsi çərçivəsində bu gün “Mariupol”la qarşılaşıb.
Üç qolun qeydə alındığı matç “Mariupol”un qələbəsiylə yekunlaşıb – 2:1. Beləcə, bu komanda finala vəsiqə qazanıb. “Aleksandriya” isə Avroliqaya vəsiqə şansını itirib.
Qeyd edək ki, Paşayev də bu görüşün iştirakçısı olub. Son dövrlər zədə səbəbindən oynaya bilməyən millimizin üzvü bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin