
Paşayevli “Aleksandriya” AEL-lə bacarmadı
Ukraynanın “Aleksandriya” klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Kiprin AEL (Limassol) klubu ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib. “Aleksandriya” hər hissədə qapısından bir top buraxıb – 0:2.
Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin