
Paşayevin Ukrayna Premyer Liqasında yubiley matçı
Futbol üzrə Azərbaycan milli komandasının və “Aleksandriya”nın müdafiəçisi Pavel Paşayev Urayna Premyer Liqasında yubiley oyununa çıxıb.
Komanda.az xəbər verir ki, 22-ci turda Kiyev “Dinamos”una qarşı görüş (1:3) Paşayevin çempionatda 200-cü matçı olub.
32 yaşlı müdafiəçi “Aleksandriya”da 61, “Krivbass”da 34, “Metallurq” və “Stal”da 29, “Dnepr”də 24, “Karpatı”da isə 23 çempionat oyununa çıxıb.
Paşayevin komandaları bu 200 oyunun 74-də qələbə qazanıb, 61-də heç-heçə edib, 65-də isə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin