Paşayevin komandasından yeni mövsümdə ilk qələbə
Futbol üzrə Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Aleksandriya” 3 turdan sonra 3 xalla 12 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin