
Paşayevin komandasından səfər qələbəsi
Futbol üzrə Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Dnepr-1” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sarı vərəqə limitini doldurduğu üçün bu qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.
“Aleksandriya” 18 turdan sonra 33 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin