Paşayevin komandası böyük hesabla uduzdu

Ukraynanın “Aleksandriya” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi sözügedən kollektiv Ukraynanın digər klubu “Zarya” ilə qarşılaşıb.

Matç “Aleksandriya”nın böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:4. Paşayev də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Paşayevə UEFA Millətlər Liqasının qrup mərhələsinin Lüksemburq və Kiprlə oyunları üçün dəvət göndərməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button