Paşayev “Şaxtyor”a qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə lider “Şaxtyor” (Donetsk) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” geridə qalan turlarda topladığı 36 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin