Paşayev bu gün koronavirus testindən keçəcək
Ukraynanın “Aleksandriya” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa etməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin formasını geyindiyi elita təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə məlumat paylaşıb.
Xəbərdə bildirilir ki, komanda üzvləri bu gün – mayın 12-də klubun bazasında bir araya gələcəklər. Bütün oyunçular əvvəlcə koronavirus testindən keçəcəklər. Məşqçilər heyəti artıq bir dəfə testdən keçiblər, onların nəticələri mənfi olub. Futbolçuların da test nəticələri qənaətbəxş olsa, komanda tezliklə məşqlərə başlayacaq.
Qeyd edək ki, Ukrayna höküməti koronavirus pandemiyasına görə tətbiq olunan qadağaları mayın 11-dən etibarən yumşaldıb. Bu üzdən klublar da tədricən məşqlərə başlaya biləcəklər.
“Aleksandriya” koronavirus pandemiyasına görə yarıda dayandırılan Ukrayna Premyer Liqasında 23 turdan sonra 40 xalla 5-ci pillədə qərarlaşıb. Çempionatın nə vaxt bərpa olunacağı bilinmir.
Bizi Facebook-da izləyin