“Partizan”ı penaltilərlə yenib, Serbiya kubokunu qazandılar

Futbol üzrə Serbiya kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, final qarşılaşmasında “Voyvodina” ilə “Partizan” klubları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişməz qaldığına görə qalib penaltilər seriyasına bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Voyvodina” Serbiya kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, sözügedən komanda tarixində ikinci dəfə ölkə kubokunun qalibi adını qazanır. “Voyvodina” ilk belə uğura 2014-cü ildə imza atmışdı.

Serbiya kuboku
Final


24 iyun

Voyvodina – Partizan 2:2 (penaltilər – 4:2)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button