“Partizan” “Sabah”la oyunlar üçün iştirak ərizəsini açıqladı
Serbiyanın “Partizan” klubu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah”la keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
Komanda.az xəbər verir ki, baş məşqçi İqor Dulyay 21 futbolçunun adını UEFA-ya təqdim edib.
Yay fasiləsində “Neftçi”dən transfer olunan braziliyalı hücumçu Mateus Saldanya da yenidən Bakıya gələcək.
Heyətdə yer alan oyunçulardan 2-si qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.
Qapıçılar: 1. Aleksandr Yovanoviç, 85. Nemanya Stevanoviç;
Müdafiəçilər: 2. Arancel Stoykoviç, 4. Sinişa Saniçanin, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 26. Aleksandr Filipoviç;
Yarımmüdafiəçilər: 7. Severina Xander, 8. Frank Elimane Kanute, 10. Bibras Natxo, 15. Aldo Kalulu, 19. Aleksandr Şçekiç, 36. Nikola Terziç, 40. Kristiyan Beliç, 55. Danilo Pantiç;
Hücumçular: 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 20. Andriya Pavloviç, 23. Nemanya Nikoliç;
“Sabah”la “Partizan” arasında ilk oyun avqustun 10-da “Bank Respublika Arena”da keçiriləcək. Bu komandalar ayın 17-də Belqradda cavab görüşünə çıxacaqlar.
Bizi Facebook-da izləyin