Parti “Arsenal”ı Səudiyyə Ərəbistanı klubuna dəyişməyə yaxındır
“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti tezliklə Səudiyyə Ərəbistanı komandasına qoşula bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, qanalı futbolçu adı hələlik məlum olmayan yerli klublardan birinə keçməyə yaxındır.
Parti İngiltərə Premyer Liqasının son mövsümündə cəmi 14 oyun keçirib və zədə səbəbindən çoxlu sayda matçı buraxıb. Yarımmüdafiəçinin özü də Mikel Artetanın komandasını tərk etmək istəyir. Klub müqavilənin bir ildən sonra bitəcəyini və zədə nisbətini nəzərə alaraq, oyunçu ilə ayrılmağa qarşı deyil.
Parti 2020-ci ilin yayında “Atletiko”dan təxminən 40 milyon avro təzminat qarşılığında “Arsenal”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin