Parti Afrika Millətlər kubokunda olmayacaq

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti Qana millisi ilə Afrika Millətlər kubokunu buraxacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı futbolçunun zədəsinin tam sağalmamasıdır. Onun müalicəsinin Londonda davam etdiriləcəyi vurğulanıb.

Parti bu mövsüm Premyer Liqada 4 oyun keçirib.

Afrika Millətlər kuboku yanvarın 13-dən fevralın 11-dək keçiriləcək. Qana millisi B qrupunda Kabo-Verde, Misir və Mozambiklə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button