“Parma” ilə müqaviləni uzatdığım üçün xoşbəxtəm” – “Yuventus”dan təklif alan futbolçu

İtaliya A Seriyasında mübarizə aparan “Parma”nın müdafiəçisi Bruno Alveş açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qış fasiləsi dövründə “Yuventus”dan təklif alan 37 yaşlı futbolçu, məsələylə bağlı danışıb:

“Parma” ilə müqaviləni uzatdığım üçün xoşbəxtəm. Qış fasiləsində böyük bir klubdan təklif aldığım üçün qürur duydum. Bu, öz üzərimdəki çalışmalarımın dəyərləndirildiyi mənasına gəlir”.

Kriştiano Ronaldo haqqında da danışan portuqaliyalı futbolçu, “Ronaldo həqiqi bir dostdur. 11 ildir ki, milli komandada birlikdə oynayırıq. O, fantastik bir adamdır” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button