“Parisə gələn hər kəs qarşıdakı “döyüş” üçün hazır olacaq” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Hernandes yarımmüdafiəçilər Frenki de Yonq və Pedrinin PSJ ilə oyunda mümkün iştirakı haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bunu deyib:

“Parisə gələn hər kəs qarşıdakı “döyüş” üçün hazır olacaq. Hər kəs meydana çıxa bilər”.

Pedri və De Yonq zədəli olsalar da, PSJ ilə oyun üçün heyətə daxil ediliblər.

Bu gün Parisdə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ və “Barselona” arasında ilk oyunu keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button