“Parisdə keçiriləcək Olimpiadada Rusiya bayrağına yer yoxdur” – Fransa prezidenti
“Nə qədər ki, Rusiya Ukraynada hərbi cinayətlər törədir, bu ölkənin bayrağına Parisdə keçiriləcək Olimpiya oyunlarında yer yoxdur”.
Komanda.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Ekip” idman qəzetinə verdiyi müsahibəsində bəyan edib.
“Parisdə keçiriləcək Olimpiada oyunlarında Rusiya bayrağına yer ola bilməz, bu aşkardır, zənnimcə, bununla bağlı konsensus var, – Makron deyir, – hərbi cinayətlər törədən və uşaqları deportasiya edən Rusiyaya, bir ölkə kimi, burada yer yoxdur”.
Məlim olduğu kimi, ukraynalı uşaqların deportasiyasında Aleksandr Lukaşenko rejimini də günahlandırırlar.
2023-cü ilin baharında Beynəlxalq Olimpiya Komitəsi Belarus və Rusiyadan olan idmançıların beynəlxalq yarışlarda neytral statusla fərdi intizamla çıxış etmələrinə icazə verilməsini tövsiyə edib. Lakin bu zaman müəyyən şərtlərə əməl olunmalıdır: idmançılar Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməməli, RF və BR silahlı qüvvələri və ya xüsusi xidmətləri ilə heç bir əlaqələri olmamalıdır.
“Olimpiya dünyasının çözməli olduğu əsas məsələ bəzən bu yarışlara ömürləri boyu hazırlaşan, amma indi rejimin qurbanlarına çevrilə biləcək rusiyalı idmançıları hansı yerə qoymaqdır“, – Emmanuel Makron əlavə edib. O qeyd edib ki, faktiki olaraq Rusiya hakimiyyətinin əməllərinin əlbiri olan idmançılarla bu rejimin qurbanına çevrilənlər arasında fərqi ayırd etmək mühümdür. Bu mənada MKO ədalətli və ukraynalıların anlaya biləcəkləri qərar çıxarmalıdır. “Bu, onların təmin edə biləcəkləri həmin tarazlıqdır”, – Fransa prezidenti deyib.
Parisdə baş tutacaq Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bizi Facebook-da izləyin