Paris-2024: Zəkiyev “bürünc” uğrunda yarışacaq

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazana bilər.

Komanda.az xəbər verir ki, ikiqat paralimpiya çempionu təsəlliverici görüşdə qalib gəlib. O, Niderland təmsilçisi Daniel Kneqti ipponla üstələyib.

Zəkiyev mükafat uğrunda Qanbat Daştserenlə (Monqolustan) görüşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button