
Paris-2024: Zəkiyev 1/4 finalda uduzdu
Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
Komanda.az xəbər verir ki, o, 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin