Paris-2024: Vəlizadə ikinci oldu

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Komanda az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Üzgüçü məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib.

Onun taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək.

Ümumilikdə 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala vəsiqə qazanacaq.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button