
Paris-2024: Türkiyə millisi yarımfinala yüksəlib
Türkiyənin voleybol millisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, yığma komanda 1/4 final mərhələsində Çinlə üz-üzə gəlib.
Qarşılaşma Türkiyə millisinin qələbəsi ilə bitib – 3:2 (23:25, 25:21, 26:24, 21:25, 15:12).
Bununla da, Türkiyə millisi yarımfinala vəsiqə qazanıb.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin