Paris-2024: Ramazanova mübarizəni dayandırdı

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Paris – 2024 Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.

Komanda.az xəbər verir ki, o, 1/32 finalda çinli An Qixuanla qarşılaşıb və 6:5 hesabı ilə qalib gəlib.

Ramazanova 1/16 finalda almaniyalı Mişel Kroppenlə üz-üzə gəlib. O, Tokio Olimpiadasının bürünc medalçısı, dünya və Avropa çempionu olan rəqibinə 2:6 hesabı ilə uduzaraq Olimpiada ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button