
Paris-2024: Məmmədəliyeva turnirlə vidalaşıb
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədəliyeva turnirlə vidalaşmalı olub.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin