
Paris-2024: Hüseynov məğlub olub
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib. Hüseynov rəqibinə məğlub olub – 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin