Paris-2024: Cəfərov yarımfinala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəfərov 1/8 finalda Mohamed Elsayedidən (Misir) üstün olmuşdu.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button