
Paris-2024: Azərbaycan qılıncoynadanı növbəti mərhələyə yüksəlib
Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.
Komanda.az xəbər verir ki, təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb. Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.
Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin