
Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəlib
Azərbaycan paraüzgüçüsü Raman Saley Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Komanda.az xəbər verir ki, idmançı S12 kateqoriyasında 100 m məsafəyə arxasıüstə üzmə üsulunda ümumi sıralamada ikinci pilləni (1:01.29) tutub.
Final bu gün, saat 19:30-da başlayacaq.
Paralimpiada sentyabrın 8-də yekunlaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin