
Paris-2024: Azərbaycan millisi yenə uduzdu
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, yığma 5-ci turda Avstraliya ilə üz-üzə gəlib.
Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb – 12:21. Bu gün Bakı vaxtı ilə saat 19:30-da rəqib Çin komandası olacaq.
Milli komanda daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib – 20:17.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin