Paris-2024: Azərbaycan millisi Fransaya məğlub olub

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, yığma komanda 3-cü turda Fransa ilə qarşılaşıb və 10:15 hesabı ilə uduzub

Azərbaycan yığması növbəti görüşünü bu gün Almaniya millisinə qarşı keçirəcək. Sözügedən oyun saat 20:30-da başlayacaq.

Milli komanda hazırda 7-ci pillədə qərarlaşıb.

Azərbaycan millisi ilk turda İspaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib. Azərbaycanın növbəti görüşü Almaniya millisinə qarşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button