Paris-2024: Azərbaycan güləşçisi qələbə qazanıb

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Komanda.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib. Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button