Paris-2024: Azərbaycanın sərbəst güləşçisi məğlub oldu

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib. Rzazadə rəqibinə məğlub olub – 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button