Paris-2024: Azərbaycan paraüzgüçüsü finalda

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Komanda.az xəbər verir ki, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.

O, ilk “8-liy”ə düşdüyündən, həlledici raunda vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.

Final bu gün saat 19:30-da keçiriləcək.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button