
Paris-2024: Azərbaycan idmançısı məğlub olub
Azərbaycan təmsilçisi Cahan Musayev Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
Komanda.az xəbər verir ki, parakamandan oxatmada mübarizə aparan idmançı 1/16 final mərhələsində iranlı Məhəmməd Reza ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 6:4.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin