
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırdı
Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Fransa təmsilçisi Umar Alfa Djalo ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Tçkayev yarışla vidalaşıb.
Paris-2024 avqustun 11-də başa çatacaq. Ötən gün digər cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin