
Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəldi
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Xulio Sesar la Krusla (Kuba) ilə üz-üzə gəlib.
İkiqat olimpiya çempionu olan rəqibinə gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.
Dominqesin növbəti döyüşü avqustun 1-də gerçəkləşəcək. O, növbəti mərhələdə Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin