
Paris-2024: Azərbaycan avarçəkəni 17-ci oldu
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Komanda.az xəbər verir ki, C finalında mübarizə aparan idmançımız 2000 metr məsafəyə fərdi yarışda qüvvəsini sınayıb.
O, ümumi məsafəni məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək 17-ci yerlə kifayətlənib.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin